—

Tibb dünyasında möcüzə: Ana və qızı arasında cəmi bir il fərq var

1,301
Tibb dünyasında möcüzə: Ana və qızı arasında cəmi bir il fərq var
Dinləmək üçün basın

ABŞ-da 1992-ci ildə dondurulan embrion sayəsində uşaq sahibi olan Tina və Benjamin Gibson bir ailə olaraq yeniliyə imza atıblar.

InterPress.ge “New York Post”a istinadən xəbər verir ki, Gibsonun körpəsi Molly tibbi ədəbiyyata canlı doğuşu həyata keçirilən ən uzun donmuş embrion kimi daxil olub. Digər tərəfdən, 29 yaşlı ana ilə qızı arasında texniki olaraq bir il yaş fərqi var.

ABŞ-ın Tennessi ştatında yaşayan Tina 2017-ci ilin noyabrında 24 il əvvəl donmuş embriondan Emmanı dünyaya gətirib.

Embrionların ikiqat dondurulduğunu öyrəndikdən sonra sağlam şəkildə yaşayan Emmaya bacı istəyən cütlük yenidən Milli Embrion İanə Mərkəzinə (NEDC) gedərək bu ilin oktyabr ayında digər embriondan başqa bir uşaq sahibi olublar.

“İllər əvvəl donmuş bir embrionun bu qədər gözəl bir körpəyə çevrildiyini görmək mənim üçün bir mükafat kimidir. Bu prosesin bir parçası olduğum üçün qürur duyuram. Embrionlar maye azot çənlərində -396 dərəcə temperaturda saxlanıldıqda, Mollidə olduğu kimi 27 ildən çox müddətdə saxlanıla bilər”, - deyə həkim Karol Sommerfelt bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →