—

Nənə öz nəvəsini dünyaya gətirdi

2,453
Nənə öz nəvəsini dünyaya gətirdi
Dinləmək üçün basın

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin sakini sonsuzluqdan əziyyət çəkən qızının uşaq sahibi olmasına kömək edib və öz nəvəsinin surroqat anası olub.

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin sakini sonsuzluqdan əziyyət çəkən qızının uşaq sahibi olmasına kömək edib və öz nəvəsinin surroqat anası olub.

InterPress.ge xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.

51 yaşlı Culiya Lavinq bildirib ki, onun 29 yaşlı qızı Breanna Lokvud dörd il ərzində uşaq sahibi ola bilməyib.

Cütlük süni mayalanma xidmətindən yararlanmaq məqsədilə xəstəxanaya müraciət edib.

Lakin B.Lokvud iki dəfə uşağını düşürüb. Üstəlik qadının uşaqlıq yolunda xəstəlik yaranıb.

Uzun müddət nəvə arzusunda olan C.Lavinq qızına surroqat ana olmağı təklif edib.

ABŞ-da surroqat ana olmaq istəyənlər üçün yaş həddi 35-dir.

Ancaq C.Lavinqin sağlamlığı nəzərə alınaraq ona istisna edilib.

“Anam Culiya və körpə Brayer sağlamdırlar və özlərini çox yaxşı hiss edirlər! Sizə doğuş barədə çoxlu danışmaq istərdim, amma indi biz həyat yoldaşımla körpəmizə olan sevgidə qərq olmuşuq!” - deyə B.Lokvud öz “Instagram” səhifəsində sevincini bölüşərkən yazıb

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →