Hüquq-mühafizə orqanlarının əməkdaşları TikTok istifadəçisi Zurab Kençiaşvilini inzibati qaydada saxlayıblar. Məhkəmə ona 20 gün müddətinə inzibati həbs cəzası verib.
InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanları vətəndaş Zurab Kençiaşvilini sosial şəbəkə “TikTok” vasitəsilə vətəndaşları, o cümlədən yetkinlik yaşına çatmayan şəxsi təhqir etməsi faktı üzrə saxlayıblar.
Kençiaşvili Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi – xırda xuliqanlıqla bağlı inzibati xəta törətməkdə ittiham olunur.
