“Qaxariyanın təbliğatçısı hakimiyyəti kilsəyə qarşı mübarizədə ittiham edir. Bu şəxsin əslində kim olduğunu müzakirə etmək bizi çox uzağa aparar – insanlar onun necə çirkin bir insan olduğunu, hər iki Tsulaya qardaşının Qaxariyanın sözündən çıxmayan köləsi olduğunu onsuz da yaxşı bilirlər”.
InterPress.ge xəbər verir ki, bu barədə prodüser Şako Çaçanidze İrakli Tsulaya ilə bağlı sosial şəbəkədə yazıb.
Çaçanidzenin sözlərinə görə, Tsulaya yaxşı olar ki, “bir az dilini dişinin altında saxlasın” və uydurma mövzularla manipulyasiya etməyi dayandırsın, hələ onun “qəhrəmanlıqları” barədə bütün Gürcüstan xəbər tutmamış.
“Qaxariyanın təbliğatçısı hakimiyyəti kilsəyə qarşı mübarizədə ittiham edir. Bu şəxsin əslində kim olduğunu müzakirə etmək bizi çox uzağa aparar – insanlar onun necə çirkin bir insan olduğunu, hər iki Tsulaya qardaşının Qaxariyanın sözündən çıxmayan köləsi olduğunu onsuz da yaxşı bilirlər.
Vaxtilə Marabda–Kartsaxi dəmir yolunda işləyirdi. Oradan Gürcüstana böyük miqdarda narkotik gətirilməsi səbəbindən qovulub. O zaman məsuliyyətdən yayınmağı bacardı, lakin bu günə qədər narkotik asılılığı var, narkotik satıcıları ilə əlaqələrdə olduğu müşahidə edilib və belə videoları da əsasən sərxoş vəziyyətdə çəkir.
Beləliklə, yaxşı olar ki, bir az dilini dişinin altında saxlasın və uydurma mövzularla manipulyasiya etməyi dayandırsın, hələ onun ‘qəhrəmanlıqları’ barədə bütün Gürcüstan xəbər tutmamış”, – Çaçanidze yazıb.
