Avropa Parlamentinin deputatı Tomaş Frolix Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Gürcüstan xarici siyasətdə praqmatik yanaşma nümayiş etdirir və Kiyevə çevrilmək istəmir.
InterPress.ge-nin məlumatına görə, Frolix qeyd edib ki, Gürcüstan digər ölkələrdən fərqlənir və xristian dəyərlərinin simvolu kimi “woke” ideologiyasından qorunmağa çalışır.
“Biz Gürcüstan haqqında tez-tez danışırıq, çünki bu ölkə fərqlidir. O, xristian dəyərlərinin simvoludur və ‘woke’ ideologiyasından özünü qoruyur. Gürcüstanın xarici siyasətə praqmatik yanaşması var və Kiyevə çevrilmək istəmir”, – deyə Tomaş Frolix bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanın suverenliyinə hörmətlə yanaşmalıdır.
“Biz onlara mühazirə oxumağa çalışırıq və insanları hökumətə qarşı aksiyalara çağırırıq. Bunu isə qeyri-hökumət təşkilatları vasitəsilə edirik. 4 milyon əhalisi olan ölkədə 3000 QHT var ki, bu da dünya üzrə görünməmiş haldır.
Faktlara baxaq – 8 faiz iqtisadi artım var, biz isə buna yalnız arzulaya bilərik. Onlar bəzi Aİ üzv dövlətlərini də qabaqlayırlar. İqtisadi baxımdan Mərkəzi və Şərqi Asiyada birinci yerdədirlər. Onlara rejim dəyişikliyi lazım deyil”, – deyə Avropa Parlamentinin deputatı qeyd edib.
