—

Tələblər nazirlik binasının qarşısında aksiya keçirdilər - FOTO

954
Tələblər nazirlik binasının qarşısında aksiya keçirdilər - FOTO
Dinləmək üçün basın

Ali təhsil müəssisələrində təhsil yenə də onlayn formatda keçiriləcək. Hökumətin bu qərarını tələbələrin bir hissəsi etirazla qarşılayıb. InterPress . ge xəbər verir ki, onlar dünən nazirlik binasının qarşısında aksiya…

Ali təhsil müəssisələrində təhsil yenə də onlayn formatda keçiriləcək. Hökumətin bu qərarını tələbələrin bir hissəsi etirazla qarşılayıb.

InterPress.ge xəbər verir ki, onlar dünən nazirlik binasının qarşısında aksiya keçirərək təhsilin auditoriyalarda başlamasını tələb ediblər.

"Biz yenə də auditoriyada təhsil ala bilməyəcəyik. Normal tələbə həyatına nə vaxt qayıdacağıq bilmirik. Onlayn təhsilin auditoriya təhsili müqayisədə keyfiyyəti aşağıdır" - Aksiya iştirakçılarından biri David Mjavanadze qeyd edib.

Onun sözlərinə görə, bir çox tələbə və həmyaşıdı işğal olunmuş ərazilərdən buraya gəliblər ki təhsillərini auditoriyalarda davam etdirsinlər.

"Bölgələrdən gələn tələbələr çox çətinliklə kirayə evlər tapıblar və burada qalıblar. İndi isə deyirlər ki, təhsilinizi kompyuter vasitəsilə davam edəcəksiniz. Nazir bizimlə görüşməli və təhsilin normal davam etməsinin nədən asılı olduğunu bizə anlatmalıdır", - deyə Mjavanadze bildirib.

Aksiya iştirakçılarının açıqlamasına görə, əgər onların tələbləri yerinə yetirilməzsə təhsil auditoriyalarda başlamasa aksiya Tbilisidə və bölgələrdə iri miqyaslı olacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →