—

Bu smartfon çılpaq selfi çəkməyə icazə verməyəcək - FOTO

1,200
Bu smartfon çılpaq selfi çəkməyə icazə verməyəcək - FOTO
Dinləmək üçün basın

Yaponiyanın “Tone Mobile” şirkəti yeniyetmələr üçün yeni model smartfon istehsal edib.

Yaponiyanın “Tone Mobile” şirkəti yeniyetmələr üçün yeni model smartfon istehsal edib.

InterPress.ge “Sora News”a istinadən xəbər verir ki, “e20” smartfonunda quraşdırılmış süni intellekt avtomatik olaraq çılpaq şəkli tanıyır və onu telefonda saxlamağa imkan vermir.

Yeniyetmə intim şəkli çəkər-çəkməz sistem nəinki “Stop” bildirişi verəcək, həm də istifadəçinin valideyninə ismarış göndərəcək. Valideyn şəklin həm harada çəkildiyini, həm də şəkildə olan şəxsin üzünün təsvirini görəcək.

“Tone Mobile”ın nümayəndələri şəkilləri öz serverlərində saxlamayacağına söz veriblər.

Əslində, göstəricilərinə görə “e20” adi smartfondur. Qiyməti 180 ABŞ dollarıdır. 6,26 düym displey, 64 GB yaddaş, üçlü kamera, barmaq izi skaneri və 3 900 mA/s tutumlu batareyası var. Telefon “Android”in 9-cu versiyasında işləyir.

Ancaq bununla belə, smartfonda intim şəkil çəkməyi qadağan edən funksiyanı parol vasitəsilə söndürmək mümkündür. Yeniyetmə parolu bildiyi halda istədiyi şəkilləri çəkə biləcək. Şirkət yeni modelin kütləvi satışı üçün nəzarət sistemini məcburi etməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →