—

Narkomaniyaya qarşı yeni qanun: Məcburi müalicə qanunla tənzimlənəcək

Narkomaniyaya qarşı yeni qanun: Məcburi müalicə qanunla tənzimlənəcək
Dinləmək üçün basın

Cinayət qanunvericiliyinə yeni bir fəsil əlavə olunur. Bu fəsilin adı “Sosial müdafiə tədbirləri” olacaq və o, narkomaniyadan əziyyət çəkən şəxslərə məcburi müalicə tətbiq olunması məsələlərini tənzimləyəcək.

Cinayət qanunvericiliyinə yeni bir fəsil əlavə olunur. Bu fəsilin adı “Sosial müdafiə tədbirləri” olacaq və o, narkomaniyadan əziyyət çəkən şəxslərə məcburi müalicə tətbiq olunması məsələlərini tənzimləyəcək.

InterPress.ge xəbər verir ki, müvafiq dəyişikliklər “Gürcü Arzusu” partiyası tərəfindən parlamentə təqdim olunmuş antinarkotik qanun paketində əks olunub. Məsələ bu gün parlamentdə ikinci oxunuşda maddə-maddə müzakirə edilib.

Parlamentin Hüquqi məsələlər üzrə komitəsinin sədri Arçil Qorduladzeyə görə, məcburi müalicə prosesi belə müəyyənləşdiriləcək: prokurorun vəsatəti əsasında müvafiq komissiya şəxsin narkotik asılılığı məsələsinə baxacaq və onun məcburi müalicəyə göndərilməsinin məqsədəuyğun olub-olmadığını müəyyən edəcək. Komissiyanın rəyindən sonra son qərarı hakim verəcək.

Qorduladzeyə görə, hökumət qərarı ilə müəyyən olunacaq ki, hansı stasionarda, hansı qayda və şərtlərlə məcburi müalicə həyata keçiriləcək.

O əlavə edib ki, narkotik asılılığı olan şəxsin məhkəmə qərarından apellyasiya qaydasında şikayət vermək hüququ da olacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi yanvarın 1-dən ləğv ediləcəkMarneulidə MMA turniri keçirilibMarneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”Son xəbərlərə bax →