—

XİN rəhbəri: Ölkə sülhün tərəfini tutduğuna görə cəzalandırılır

XİN rəhbəri: Ölkə sülhün tərəfini tutduğuna görə cəzalandırılır
Dinləmək üçün basın

"Qərb ölkələri Gürcüstanı sülhün tərəfini tutduğuna və müharibədən imtina etdiyinə görə cəzalandırır".

"Qərb ölkələri Gürcüstanı sülhün tərəfini tutduğuna və müharibədən imtina etdiyinə görə cəzalandırır".

InterPress.ge-nin məlumatına görə, bunu "İmedi" telekanalına müsahibəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

"Gürcüstan hakimiyyətini etdiyi seçimə görə cəzalandırırlar. Biz müharibənin yox, sülhün lehinə seçim etmişik. Hakimiyyət ölkəmizdə müharibə və qeyri-sabitlikdən əl çəkib. Məhz buna görə də Gürcüstan dövlətinə müəyyən qüvvələr tərəfindən bu cür təzyiqlər aldıq", - deyə Boçorişvili bildirib.

XİN rəhbəri qeyd edib ki, təzyiqlər davam edir və bu cür aksiyaları həyata keçirən qüvvələr heç yana getməyib. Nazirin sözlərinə görə, bəzilərinin hələ də Gürcüstanda qeyri-sabitliyin saxlanmasında marağı var.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirSon xəbərlərə bax →