Samtrediya-Lançxuti-Qriqoleti yolunun müəyyən hissəsində təmir işləri ilə əlaqədar bu gün, saat 12:00-dan 19:00-a qədər nəqliyyatın hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
lnterPress.ge xəbər verir ki,bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
"Aparılan işlər beynəlxalq əhəmiyyətli Samtrediya-Lançxuti-Qriqoleti avtomobil yolunun 4-9-cu kilometrlik hissəsini əhatə edir. Bu səbəbdən, 2025-ci il 27 mart tarixində, saat 12:00-dan 19:00-a qədər, həmin hissədə nəqliyyatın hərəkəti öncə bir, daha sonra isə digər hərəkət zolağında qismən məhdudlaşdırılacaq", – deyə rəsmi açıqlamada bildirilir.
