—

Niderland Xarici İşlər Naziri: “Gürcüstanda yeni seçkilərin keçirilməsi müzakirə olunmalıdır”

Niderland Xarici İşlər Naziri: “Gürcüstanda yeni seçkilərin keçirilməsi müzakirə olunmalıdır”
Dinləmək üçün basın

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp Gürcüstanda yeni seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp Gürcüstanda yeni seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.

InterPress.ge xəbər verir ki, o, Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlama verib və bildirib ki, seçkilər öncəsi və seçki dövründə bir çox pozuntu halları qeydə alınıb.

“Düşünürəm ki, Gürcüstan hökuməti yeni seçkilərin keçirilməsini nəzərdən keçirməlidir və bu, çox vacib məsələdir. Niderland Gürcüstan xalqını dəstəkləyir və bu dəstəyi davam etdirəcək”, - deyə Kaspar Veldkamp bildirib.

Qeyd edək ki, Avropa İttifaqının xarici işlər nazirləri bu gün Gürcüstandakı siyasi vəziyyəti müzakirə edirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirSon xəbərlərə bax →