—

Gürcüstan parlamentində müvəqqəti istintaq komissiyasının ilk iclası keçiriləcək

Gürcüstan parlamentində müvəqqəti istintaq komissiyasının ilk iclası keçiriləcək
Dinləmək üçün basın

Gürcüstan parlamentində 2003-2012-ci illərdə hakimiyyətdə olmuş siyasi rejimin fəaliyyətini araşdırmaq üçün yaradılmış müvəqqəti istintaq komissiyası bu gün ilk iclasını keçirəcək.

Gürcüstan parlamentində 2003-2012-ci illərdə hakimiyyətdə olmuş siyasi rejimin fəaliyyətini araşdırmaq üçün yaradılmış müvəqqəti istintaq komissiyası bu gün ilk iclasını keçirəcək.

InterPress.ge xəbər verir ki, iclas təşkilati xarakter daşıyacaq və komissiyanın sədri, katibi seçiləcək, həmçinin nizamnamə layihəsi təsdiqlənəcək.

Komissiyada hakim “Gürcü Arzusu” partiyasından beş deputat, “Xalqın Gücü” partiyasından iki və “Avropalı Sosialistlər” fraksiyasından bir deputat təmsil olunur. Hazırda “Gaxaria Gürcüstan Naminə” partiyasına ayrılmış iki yer hələ də boş qalır.

Hakim partiyanın nümayəndələri komissiyanın əsas məqsədini vurğulayıblar. Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadze, komissiyanın qarşısında duran əsas vəzifənin ölkədə cinayətkar rejimlərin qurulmasının qarşısını almaq olduğunu bildirib:

"Bu gün komissiyanın ilk iclası keçiriləcək. Biz komissiyanın sədrini, katibini seçəcəyik və nizamnamə layihəsini təsdiqləyəcəyik. Eyni zamanda, digər təşkilati məsələlər də müzakirə olunacaq. Mənim fikrimcə, bu komissiyanın əsas məqsədi keçmişdə olduğu kimi, bu gün və gələcəkdə heç bir hakimiyyətin cinayətkar rejimin formalaşmasına və xalqına qarşı zorakılığa yol verməməsini təmin etməkdir.”

Müvəqqəti istintaq komissiyasının işi altı ay davam edəcək və araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirSon xəbərlərə bax →