Parlament mitinqlərlə bağlı qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” deputatları tərəfindən irəli sürülən bu qanun sürətləndirilmiş qaydada – iki plenar iclasda müzakirə olunaraq təsdiqlənib.
Yeni qanuna əsasən:
- Spontan mitinqlər rəsmi olaraq tərif olunur və onların keçirilməsi üçün yerli hakimiyyət orqanlarının yazılı xəbərdarlığı tələb edilir.
- Toplantıların icrasına cavabdeh qurum dəyişdirilir və ona yeni səlahiyyətlər verilir.
- Müvəqqəti tikililərin sökülməsi qaydaları tənzimlənir.
- Bağlı məkanlarda mitinq keçirmək qadağan edilir, əgər mülk sahibinin yazılı icazəsi yoxdursa.
- Yolların, körpülərin, tunellərin, magistralların və nəqliyyat qovşaqlarının bloklanması qadağan edilir.
Bundan əlavə, inzibati cəza tədbirləri sərtləşdirilir:
- İnzibati həbsin müddəti 15 gündən 60 günə qədər artırılır.
- Xırda xuliqanlıq – ictimai yerlərdə söyüş söymə və ya insanlara qarşı təhqiramiz davranış üçün cərimə 500-3 000 lari arasında, həbs isə 20 günə qədər müəyyən edilir.
- Təkrar törədildikdə cərimə 3 000-5 000 lari, həbs isə 5-60 gün ola bilər.
- Vandalizm təkrarlanarsa, 2 000 lari cərimə və ya 20 günədək həbs nəzərdə tutulur.
Qanuna əsasən, hüquq-mühafizə orqanları və dövlət məmurlarına qarşı təhqir də cəza altına düşür:
- Polis, hərbçi, məhkəmə icraçısı, penitensiar xidmət əməkdaşları və digər dövlət qulluqçularına qarşı təhqir, söyüş və ya alçaldıcı davranış 2 000-5 000 lari cərimə və ya 60 günədək həbs cəzası ilə nəticələnə bilər.
- Dövlət və siyasi vəzifəli şəxslərə qarşı təhqir və ya alçaldıcı davranış 1 500-4 000 lari cərimə və ya 45 günədək həbs cəzası nəzərdə tutur.
- Bu cəza təkrar edildikdə, cərimə 2 500-6 000 lari, həbs isə 5-60 gün arasında ola bilər.
- Dövlət vəzifəlilərinin təhqir edilməsinə görə silah gəzdirmə hüququ 3 il müddətinə ləğv edilə bilər.
Yeni qanun ictimai etirazların məhdudlaşdırılmasına yönəlmiş sərt tədbirlər kimi qiymətləndirilir.
