—

Parlamentin yaxınlığındakı aksiyada polis əməkdaşları ilə etirazçılar arasında qarşıdurma olub

Parlamentin yaxınlığındakı aksiyada polis əməkdaşları ilə etirazçılar arasında qarşıdurma olub
Dinləmək üçün basın

9 Aprel küçəsində keçirilən aksiya zamanı aksiyanın iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb.

9 Aprel küçəsində keçirilən aksiya zamanı aksiyanın iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb.

InterPress.ge xəbər verir ki, vətəndaş fəalları və jurnalistlər əvvəlcə parlamentin arxa girişində toplaşaraq " Mziya Amağlobeliyə azadlıq" şüarlarını səsləndiriblər.

Daha sonra onlar aksiyanı parlamentin yanındakı 9 Aprel küçəsində davam etdirmək qərarına gəliblər. Lakin, media nümayəndələri və digər iştirakçılar 9 Aprel küçəsinə doğru hərəkət edərkən polis onların hərəkətini məhdudlaşdırıb.

Jurnalistlər polislərə yolun bağlanması niyyətində olmadıqlarını, sadəcə aksiyanı davam etdirmək istədiklərini izah ediblər. Bunun ardınca polis onlara yalnız səkidə hərəkət etməyə icazə verib. Lakin vəziyyət bir neçə dəqiqə sonra dəyişib, polis jurnalistlərin səkidə dayanmasına imkan verməyib. Nəticədə, media nümayəndələri parlamentin önünə keçiblər.

Aksiyanın gedişatında polis iki şəxsi ərazidən çıxarıb. Polis qüvvələri isə parlamentin bütün ərazisinə, həmçinin yan küçələrə və parlamentin arxasında yerləşən parkda cəmlənib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Qərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibAvropa Parlamentində Gürcüstanla bağlı debatlar keçiriləcəkDövlət Qrantlarının İdarə Edilməsi Agentliyi yanvarın 1-dən ləğv ediləcəkMarneulidə MMA turniri keçirilibSon xəbərlərə bax →