Axalçixedə "Smart" supermarketində partlayış baş verib.
InterPress.ge xəbər verir ki. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, partlayış binanın ikinci mərtəbəsində baş verib.
Nazirlik hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürmə və xilasetmə cəlb olunub. Ərazi sarı lentlə mühafizə olunub.
Hal-hazırda partlayışın səbəbi məlum deyil.
