—

Estoniya Xarici İşlər Naziri: Viza liberallaşdırılmasının ləğvini müzakirə etməliyik

Estoniya Xarici İşlər Naziri: Viza liberallaşdırılmasının ləğvini müzakirə etməliyik
Dinləmək üçün basın

Gürcüstanla bağlı vəziyyət yaxşıya doğru getmir və viza liberallaşdırılmasının ləğv edilmə prosesinə başlamaq lazımdır.

Gürcüstanla bağlı vəziyyət yaxşıya doğru getmir və viza liberallaşdırılmasının ləğv edilmə prosesinə başlamaq lazımdır.

InterPress.ge xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Naziri Markus Çaqna Brüsseldə keçirilən Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirib.

Çaqna, "Gürcüstanla bağlı vəziyyət yaxşı istiqamətdə getmir. Avropa daha çox şey edə bilər və Estoniya tərəfindən təklif edilənlərdən biri də viza liberallaşdırılmasının ləğv edilməsinin başlanmasıdır. Mən demirəm ki, bunu sabah həyata keçirəcəyik, amma bu prosesi başlatmaq lazımdır ki, çox açıq və dəqiq mesaj verək: hal-hazırda Gürcüstanı idarə edən hökumət xalqını aldatmaqdadır və onlar siyasətlərini dəyişdirməlidirlər," - deyə qeyd edib.

Gürcüstan xalqının artıq 60 gündür ki, küçələrdə olduğu və nə kimi real addımlar atılmalı olduğu ilə bağlı suala isə Çaqna belə cavab verib:

"Biz Gürcüstan hökumətinin bizə söylədiklərinə inanmırıq, çünki biz reallığı müşahidə edirik. Ümid edirəm ki, Gürcüstanla bağlı daha çox qərar qəbul edəcəyimiz yolu tapacağıq."

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirSon xəbərlərə bax →