Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 167 nəfərin öldüyü təsdiqlənib.
InterPress.ge xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Xatırladaq ki, “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.
Təyyarənin göyərtəsində 181 nəfər olub.
