Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen ATƏT/DTİHB-nin Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı gəldiyi nəticəyə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Lars Loke Rasmussenin sosial şəbəkədə yazdığı kimi, ATƏT-DTİHB-nin gəldiyi nəticə Danimarkanın ifadə etdiyi narahatlığı təsdiqləyir.
"ATƏT/DTİHB-nin Gürcüstanda keçirilən seçkilərlə bağlı hesabatı Danimarkanın seçkilərdən əvvəl və seçki günü pozuntular, o cümlədən seçicilərin geniş şəkildə hədələnməsi və səslərin satın alınması ilə bağlı ifadə etdiyi narahatlığı təsdiqləyir", - Danimarka XİN rəhbəri yazıb.
