—

Gürcüstan Rusiyanı genişmiqyaslı kiberhücumda ittiham etdi

1,179
Gürcüstan Rusiyanı genişmiqyaslı kiberhücumda ittiham etdi
Dinləmək üçün basın

“Ötən ilin oktyabrın 28-də Gürcüstanda genişmiqyaslı kiber hücumu Rusiya həyata keçirib”.

“Ötən ilin oktyabrın 28-də Gürcüstanda genişmiqyaslı kiber hücumu Rusiya həyata keçirib”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Vladimir Konstantinidi keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, kiber hücum Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında planlaşdırılıb: “Gürcüstan tərəfi bunu beynəlxalq tərəfdaşlarla əməkdaşlıq nəticəsində apardığı araşdırma ilə müəyyən edib. Gürcüstanın Prezident Administrasiyası, məhkəmə orqanları, müxtəlif bələdiyyə, dövlət, kommersiya və media təşkilatlarının saytlarına edilən hücum nəticəsində idarəetmə sistemi zədələnib və onların fəaliyyətində çətinliklər yaranıb”.

XİN rəsmisi qeyd edib ki, kiber hücumun məqsədi Gürcüstanın milli təhlükəsizliyini sarsıtmaq, əhaliyə ziyan vurmaq, dövlət və digər qurumların fəaliyyətini pozmaq olub: “Gürcüstan beynəlxalq hüquq və normalara zidd olan kiber hücumu pisləyir və bunu ölkənin suverenliyi və avroatlantik inteqrasiyasına qarşı yönələn pozuntu kimi qiymətləndirir”.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →