—

Gürcüstanda orta aylıq əməkhaqqı azalıb

1,606
Gürcüstanda orta aylıq əməkhaqqı azalıb
Dinləmək üçün basın

Bu ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1 150,1 lari ( 366 ABŞ dolları) təşkil edib.

Bu ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1 150,1 lari (366 ABŞ dolları) təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə əmək haqqı 29,6 lari və yaxud 2,5% azalıb.

Aprel-iyun aylarında ölkədə ən yüksək maaş 2 040,9 lari (649 ABŞ dolları) olmaqla maliyyə və sığorta sahəsində qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% azdır.

Yüksək maaşlı digər sahələrin siyahısında informasiya və kommunikasiya (1 932,8 lari və ya 615 ABŞ dolları), peşə, elmi və texniki fəaliyyət (1 786,9 lari və ya 568 ABŞ dolları), tikinti (1 621,4 lari və ya 515 ABŞ dolları) yer alıb.

Hesabat dövründə Gürcüstanda kişilərin orta aylıq maaşı 1 352,4 lari (430 ABŞ dolları), qadınlarınkı isə 924,2 lari (394 ABŞ dolları) səviyyəsində olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →