—

Pensionerlərə 200 lari yardım veriləcək mi ? - AÇIQLAMA

3,651
Pensionerlərə 200 lari yardım veriləcək mi ? - AÇIQLAMA
Dinləmək üçün basın

Tbilisi meriyasının və rayon icra hakimiyyətlərinin pensionerlərə 200 lari ilə yardım etdiyinə dair məlumatlar yayılır və bu məlumatları Tbilisi meriyası təkzib edərək əhalini şaiələrə, dezinformasiyalara inanmamağa…

Tbilisi meriyasının və rayon icra hakimiyyətlərinin pensionerlərə 200 lari ilə yardım etdiyinə dair məlumatlar yayılır və bu məlumatları Tbilisi meriyası təkzib edərək əhalini şaiələrə, dezinformasiyalara inanmamağa çağırır.

İnterPress.ge xəbər verir ki, Tbilisi meriyasının açıqlamasına görə, bu cür yardım proqramı Tbilisi bələdiyyəsində yoxdur və yayılan məlumatlar cəmiyyəti çaşdırmaq məqsədi daşıyır.

Tbilisi meriyası ictimaiyyəti bu cür təsdiqlənməmiş məlumatlara inanmamağa çağırır.

“Yayılan məlumatlarla bağlı danışmaq istərdik, guya rayon rəhbərliyi də daxil olmaqla, Tbilisi bələdiyyəsi pensionerlərə 200 lari maddi yardım göstərir. Qeyd olunan məlumat tamamilə yalan və dezinformasiyadır. Bu şaiədən irəli gələrək bu gün səhərdən icra hakimiyyətinin servis xidməti binasənın önündə təqaüdçülərin növbələri kəsilmir. Onların açıqlamalarına görə yardım haqqında müxtəlif KİV-lər vasitəsilə məlumat aldıqlarını söyləyirlər. Tam məsuliyyətlə bildirmək istərdik ki, bu cür yardım proqramı Tbilisi bələdiyyəsində yoxdur “ Tbilisi bələdiyyəsindən bildirilir

Xəbəri qiymətləndir
Məqalənin müəllifiSəma Həsənova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →