—

Gürcüstanın Aİ ilə danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarı ilə razılaşmayan Xarici İşlər Nazirliyinin əməkdaşlarının bəyanatını 100 nəfər imzalayıb

Gürcüstanın Aİ ilə danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarı ilə razılaşmayan Xarici İşlər Nazirliyinin əməkdaşlarının bəyanatını 100 nəfər imzalayıb
Dinləmək üçün basın

Hazırda Gürcüstan hökumətinin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarı ilə razılaşmayan Xarici İşlər Nazirliyinin əməkdaşlarının bəyanatını 100 nəfər imzalayıb.

Hazırda Gürcüstan hökumətinin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarı ilə razılaşmayan Xarici İşlər Nazirliyinin əməkdaşlarının bəyanatını 100 nəfər imzalayıb.

InterPress.ge xəbər verir ki, nazirliyin adıçəkilən əməkdaşlarının qiymətləndirməsinə görə, “Gürcü arzusu”nun qərarı ölkənin strateji maraqlarına uyğun gəlmir.

“Diplomatlar olaraq bizim əsas vəzifəmiz Gürcüstanın milli maraqlarını qorumaq və Konstitusiyaya sadiq olmaqdır. Bu illər ərzində gürcü diplomatiyası Gürcüstanın Avropa və Avro-Atlantik strukturlarda birləşməsi üçün bütün səylərini göstərmişdir ki, bu da gürcü xalqının iradəsi və tarixi seçimidir.

Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarının gündəmindən çıxması ilə bağlı bugünkü bəyanat ölkənin strateji maraqlarına uyğun gəlmir.

Gürcüstanın Avropa ailəsinə qayıtması üçün misilsiz tarixi fürsəti təmsil edən Avropa İttifaqının genişlənmə dalğası beynəlxalq siyasi hadisələrlə bağlıdır. Ölkənin bu imkandan birtərəfli şəkildə imtina etməsi mənfi strateji nəticələrə gətirib çıxaracaq. Bundan başqa, ola bilsin ki, Avropa və Avroatlantik strukturlara qoşulma baxımından oxşar münbit şərait artıq yaranmasın. Bundan əlavə, üzvlüklə bağlı danışıqlar prosesinin dalana dirənməsi ölkənin təcrid olunmasına gətirib çıxaracaq. Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan beynəlxalq təhlükəsizlik mühitində cari proseslər fonunda xüsusilə güclənən təhdidlərlə üz-üzə qalır.

Hesab edirik ki, 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarının açılmasının siyasi gündəmdən çıxarılması Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin tələblərinə ziddir.

Biz Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya kursuna sadiq qalırıq.

Məlumat üçün bildirək ki, bəyanat açıqdır və onu imzalayanların sayı artır”, - Xarici İşlər Nazirliyinin fəal əməkdaşlarının imzaladığı bəyanatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi yanvarın 1-dən ləğv ediləcəkMarneulidə MMA turniri keçirilibMarneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”Son xəbərlərə bax →