“Gürcü arzusu” prezidentliyə namizədlə bağlı məsləhətləşmələr aparır.
InterPress.ge xəbər verir ki, bu məqsədlə hazırda partiyanın ofisində siyasi şuranın iclası davam edir və ondan sonra çoxluq sessiyası başlayacaq.
Saat 11:00-da elanın verilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, prezident seçkiləri dekabrın 14-nə təyin edilib. Prezidentin andiçmə mərasimi seçkilərin üçüncü bazar günü - dekabrın 29-da baş tutacaq.
