—

Moldovada prezident seçkilərində Maya Sandu qələbə qazanıb

Moldovada prezident seçkilərində Maya Sandu qələbə qazanıb
Dinləmək üçün basın

Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.

Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 98,7 faizinin hesablanmasından sonra elan etdiyi ilkin nəticələrdən bəlli olub.

İlkin nəticələrə görə, müxalifətin namizədi Stoyanoqloya seçicilərin 45 faizi güvənib.

Xatırladaq ki, iki həftə öncə keçirilmiş birinci turda Maya Sandu seçicilərin 42,5 faizinin səsini toplamışdı. Onun rəqibi Aleksandr Stoyanoqlo təxminən 26 % səs almışdı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirSon xəbərlərə bax →