—

Xərçəng xəstəliyinin inkişafını azaldan mikroorqanizmlər aşkarlandı

1,002
Xərçəng xəstəliyinin inkişafını azaldan mikroorqanizmlər aşkarlandı
Dinləmək üçün basın

Şiitake göbələkləri onkoloji xəstəliklərin inkişafı riskini azaltmağa kömək edir.

Şiitake göbələkləri onkoloji xəstəliklərin inkişafı riskini azaltmağa kömək edir.

InterPress.ge xəbər verir ki, müvafiq açıqlamanı "Göbələk yetişdirmə məktəbi" jurnalının baş redaktoru Aleksandr Xrenov verib.

O, vurğulayıb ki, həmin göbələklər güclü immunomodulyator xüsusiyyətlərə malikdir, buna görə yaponlar onlardan xərçəngə qarşı preparatların yaradılması üçün istifadə edirlər.

Xrenov əlavə edib ki, şiitakedə xərçəng əleyhinə effekt başqa göbələklərdə qeydə alınmış analoji xüsusiyyətləri üstələyir.

Qeyd edək ki, Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin də xərçəngin əsas "düşmən"ini açıqlayıb.

Onun sözlərinə görə, erkən diaqnostika xəstəliyi vaxtında aşkar etməyə imkan verir, buna görə də tam sağalma şansları artır. Həkim sağlamlıqda şikayətlərin yaranması vaxtı dərhal həkimlərə müraciət etməyi məsləhət görüb.

Xatırladaq ki, bu göbələklər qədim növ kimi həm də gözəl dadı, müalicəvi keyfiyyəti ilə seçilir. Bəzi ölkələrdə şiitake qəlyanaltı sayılır, xoş dadı və ətrinə görə nəinki kulinariyada, hətta tibb və kosmetologiyada da yüksək qiymətləndirilir.

Bu növ göbələklər qanda xolesterin və şəkərin də miqdarını azaldır. Çinin, Vyetnamın, Cənubi Koreyanın, eləcə də digər ölkələrin tibb ekspertləri, səhiyyə nazirlikləri şiitake göbələklərini xərçəng əleyhinə rəsmi dərman kimi qəbul edirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →