—

Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?

1,124
Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?
Dinləmək üçün basın

Tətbiqlərin işləməsi üçün kifayət qədər keyfiyyətli rabitə olmasa, qadjetlər qıza bilər. Belə ki, yüksək sürətli internetə çıxış olmadıqda, tətbiqlər çox sayda sorğu göndərir, buna görə həm telefon çox qızır, həm də…

Tətbiqlərin işləməsi üçün kifayət qədər keyfiyyətli rabitə olmasa, qadjetlər qıza bilər. Belə ki, yüksək sürətli internetə çıxış olmadıqda, tətbiqlər çox sayda sorğu göndərir, buna görə həm telefon çox qızır, həm də batareyası tez tükənir.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyada “Rəqəmsal platforma” Muxtar qeyri-kommersiya təşkilatnın baş direktoru Arseniy Şeltsin bildirib.

Onun sözlərinə görə, smartfon müxtəlif funksiyalardan - internet, “Wi-Fi”, “Bluetooth” və GPS-dən aktiv istifadə edərkən də prosessor həddindən artıq isinə bilər:

“Cihazların fasiləyə ehtiyacı var və bəzən bir müddət üçün söndürülməlidir”.

Telefon tətbiqlərdə proqram səhvlərinə görə də qıza bilər, bu zaman tətbiq bağlanmalıdır.

“Batareyanın həddindən artıq qızması orijinal olmayan şarj cihazının istifadəsi və ya batareyanın nasazlığı səbəbindən ola bilər”, - deyə mütəxəssis əlavə edib.

Şeltsin qadjetə su daxil olmasının da isinməyə səbəb ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyətdə telefon təmirə aparılmalıdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →