—

ABŞ-da koronavirusdan ölənlərin sayı açıqlanıb

1,068
ABŞ-da koronavirusdan ölənlərin sayı açıqlanıb
Dinləmək üçün basın

ABŞ-da koronavirus (COVID-19) infeksiyasına 43 697 yeni yoluxma faktı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, ötən gün ərzində analiz nümunələri müsbət çıxan 1 358 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 5 655 942 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 011 098 nəfər müalicə olunaraq sağalıb, 175 074 nəfər vəfat edib.

Qeyd olunub ki, hazırda 2 469 770 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu günə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 72 367 651 test icra olunub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →