—

Qoşqu ilə sərnişin mikroavtobusu toqquşub - Yaralılar var

360
Qoşqu ilə sərnişin mikroavtobusu toqquşub - Yaralılar var
Dinləmək üçün basın

Kaxetidə baş verən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb.

InterPress.ge xəbər verir ki, Barjisxevidə qoşqu sərnişin mikroavtobusu ilə toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, yük maşınının sürücüsü sükanı idarə edə bilməyib, sürüşərək əvvəlcə “Ford” markalı mikroavtobusu vurub, daha sonra aşıb. Sərnişinlər çoxsaylı bədən xəsarətləri alıblar. Təcili tibbi yardım qrupları onları Kaxetidəki iki klinikaya aparıb.

Sərnişinlər Pşavli kəndindən Tbilisiyə gedirmiş. Hadisə yerində ekspert- kriminalistlər işləyir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →