—

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıb

13
Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıb
Dinləmək üçün basın
“Xilasetmə əməliyyatları faktiki olaraq başa çatıb. Dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb, onların arasında bir uşaq da var. Xilasedicilər ümumilikdə 5 vətəndaşı tibb müəssisəsinə çatdırıblar”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili bildirib.
Nazir təsdiqləyib ki, həlak olan 7 yaşlı qız xilas edilən 3 yaşlı Tayadırın bacısı olub. Qeyd edək ki, dağıntılar altından çıxarılan ölənlər arasında xilas edilmiş azyaşlı uşağın anası da var.
Nazirin sözlərinə görə, xəsarət alan 5 nəfərdən yalnız birinin vəziyyəti kritik ağırdır.
“Çox təəssüf ki, günün ikinci yarısında dağıntılar altından 6 vətəndaşın meyitini çıxardıq. Onların arasında bir azyaşlı uşaq da var. İlk növbədə, onların ailələrinə və yaxınlarına başsağlığı vermək istəyirəm. Bu, əlbəttə ki, bütün ölkə üçün faciədir, lakin ən başlıcası, onların ailə üzvləri və yaxınları üçün böyük bir itkidir.
İstintaq tədbirləri davam etdiriləcək. Konkret olaraq, hadisə yerinə baxış keçiriləcək və kriminalistlərin iştirakı ilə bütün zəruri sübutlar əldə ediləcək.
İstintaq tədbirlərində və xilasetmə əməliyyatlarında iştirak edən Daxili İşlər Nazirliyinin hər bir əməkdaşına təşəkkür etmək istəyirəm. Bələdiyyə xidmətlərinə, ilk növbədə, üzərlərinə düşən vəzifəni həqiqətən nümunəvi şəkildə yerinə yetirən qəhrəmanlarımız — yanğınsöndürən-xilasedicilərimizə mütləq təşəkkür etməliyəm. Media nümayəndələrinə də təşəkkür edirəm”, – Sulxan Tamazaşvili bildirib.
Xəbəri qiymətləndir

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →