—

Tbilisidə icra bürosu ailəni maliyyə borcuna görə zorla evdən çıxarmağa çalışır

691
Tbilisidə icra bürosu ailəni maliyyə borcuna görə zorla evdən çıxarmağa çalışır
Dinləmək üçün basın

Tbilisidə, Milli İcra Bürosunun Xatiaşvili ailəsini evdən çıxarmağa çalışması nəticəsində səs-küy və mübahisə yaranıb.

Tbilisidə, Milli İcra Bürosunun Xatiaşvili ailəsini evdən çıxarmağa çalışması nəticəsində səs-küy və mübahisə yaranıb.

InterPress.ge xəbər verir ki, polis xüsusi alətlər vasitəsilə binanın girişindəki dəmir qapını açıb. 

Ailəyə dəstək verməyə gələn vətəndaşlar və fəallar ilə Büro nümayəndələri arasında qarşıdurma yaşanır.

Hadisə yerinə patrul polisi də səfərbər olunub. Bir neçə nəfər tutulub.

Bu ailəni 2019-cu ildən bəri beşinci dəfə evdən çıxarmağa çalışırlar. Sosial Ədalət Mərkəzi deyir ki, ailə əsas maliyyə borcunu ödəməyə hazırdır, lakin indiki məqamda bunu edə bilmirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →