—

AUSTRIAN AIRLINES Gürcüstanın aviasiya bazarına daxil olur

309
AUSTRIAN AIRLINES Gürcüstanın aviasiya bazarına daxil olur
Dinləmək üçün basın

2 may 2024-cü il tarixindən etibarən Avstriya Hava Yolları Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanına uçuşlara başlayacaq.

2 may 2024-cü il tarixindən etibarən Avstriya Hava Yolları Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanına uçuşlara başlayacaq. 

InterPress.ge xəbər verir ki, aviaşirkət həftədə 3 dəfə Vyana-Tbilisi-Vyana istiqamətində birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.

Gürcüstan Hava Limanları Assosiasiyasının baş direktoru İrakli Karkaşadze söyləyib ki, artıq Aİ üzvlüyünə namizəd statusunun ilk nəticələrini görürük ki, bu da il ərzində Avstriya Hava Yolları ilə danışıqların yekun mərhələsinin uğurla başa çatmasına töhfə verib. Aviaşirkətin rəsmi saytında (www.austrian.com) aviabiletlərin satışı bu gündən etibarən həyata keçirilir.

1957-ci ildə əsası qoyulan AUSTRIAN AIRLINES Avstriyanın rəsmi aviadaşıyıcısıdır və Lufthansa Qrupunun törəmə şirkətidir. Star Alliance üzvü olan aviaşirkət 55 ölkədə 120 istiqamətə uçuşlar həyata keçirir. Tərkibində 65 təyyarə var ki, onların da əksəriyyəti Airbus A320 tipli gəmilərdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →