Növbəti günlərdə ölkə ərazisində əsasən yağıntılı hava şəraiti davam edəcək - yüksək dağlıq rayonlarda qar yağacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, dekabrın 9-u axşamdan 10-u axşama kimi Gürcüstanın yüksək dağlıq ərazilərində bəzi yerlərdə güclü qar yağacağı, qar uçqunu, duman və çovğun olacağı gözlənilir.
Bununla yanaşı, magistralların müəyyən hissələrində hərəkətin məhdudlaşdırılması mümkündür.
