—

Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni qəbul etdi

76
Avropa Parlamentində bu gün Gürcüstanla bağlı qətnaməyə səs veriləcək
Dinləmək üçün basın

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib. Avropa Parlamentinin plenar iclasında “Paata Burçuladzenin işi və ‘Gürcü Arzusu’ rejimi şəraitində siyasi məhbuslar” adlı qətnamə layihəsi 441 lehinə, 47 əleyhinə səslə qəbul edilib. 86 deputat isə səsvermədə bitərəf qalıb.

InterPress.ge xəbər verir ki, qətnaməyə əsasən, Avropa Parlamenti Avropa İttifaqını əlaqələndirilmiş mövqeyini qorumağa çağırır və insan hüquqlarının ciddi pozulmasına görə məsuliyyət daşıyan şəxslərə, o cümlədən Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuaşvili, Kaxa Kaladze və digər yüksəkvəzifəli şəxslərə, həmçinin hakimlərə, prokurorlara və hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinə qarşı məqsədli sanksiyaların və viza qadağalarının tətbiqini bir daha tələb edir.

Avropa Parlamenti Paata Burçuladze, İrakli Nadiradze və Paata Mancqaladze barəsində çıxarılan hökmləri “qətiyyətlə pisləyir” və onların, eləcə də siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün siyasi məhbusların və qanunsuz saxlanılan şəxslərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.

Qətnaməyə əsasən, Avropa Parlamenti Gürcüstanın özünü təyin etmiş hakimiyyətini ədalətli məhkəmə araşdırması ilə bağlı beynəlxalq standartlara tam riayət etməyə, Paata Burçuladzenin lazımi tibbi və hüquqi xidmətlərə çıxışını, ailəsi ilə müntəzəm əlaqə saxlamasını təmin etməyə çağırır. Həmçinin onun maneəsiz konsulluq xidmətlərindən istifadə hüququna tam hörmət edilməsini tələb edir.

Avropa Parlamenti Gürcüstan hakimiyyətini incəsənət xadimlərinə, müxalifət nümayəndələrinə, jurnalistlərə və fəallara qarşı siyasi motivli cinayət təqibini və məhkəmə təzyiqlərini dayandırmağa, ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarını tam təmin etməyə çağırır.

Avropa parlamentariləri, həmçinin nümayişçilərə qarşı həddindən artıq güc tətbiqi, hədə-qorxu və pis rəftarla bağlı iddiaların müstəqil şəkildə araşdırılmasını, məsul şəxslərin isə qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə Gürcüstan xalqına və onun demokratik arzularına sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Qurum vurğulayır ki, qanunun aliliyinə, İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və fundamental hüquqlara hörmət Avropa İttifaqına üzvlük yolunda istənilən irəliləyiş üçün zəruridir.

Avropa parlamentariləri Gürcüstanda demokratik proseslərin geriləməsinə görə məsuliyyət daşıyan şəxslərin cavabdehliyə cəlb edilməsini təmin edə bilməyən bəzi Aİ üzv dövlətlərinin hərəkətsizliyindən təəssüfləndiklərini bildirirlər.

Xəbəri qiymətləndir

Son xəbərlər

Giorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırNikol Paşinyan: “Rusiya sərhədçiləri yaxın illərdə Ermənistanı tərk etməlidirlər”Şalva Papuaşvili: “Brüssel 2025-ci il oktyabrın 4-də Prezident sarayına hücumun ilhamvericisi, dəstəkçisi və himayədarı olduğunu təsdiqləyib”İrakli Kobaxidze: “Dərin dövlətin” çox böyük təsirləri var – orta səviyyəli məmurların ələ alınması tamamilə realdır”İrakli Kobaxidze: “USAID-in fəaliyyəti timsalında iddia etdiyimiz cinayət açıq şəkildə üzə çıxdı”Son xəbərlərə bax →