Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, yaxın illərdə Rusiya sərhədçiləri Ermənistanı tərk etməlidirlər.
InterPress.ge xəbər verir ki, Paşinyan ölkəsinin öz sərhədlərinin qorunmasına görə məsuliyyəti tam şəkildə üzərinə götürməli olduğunu bildirib.
“Bütün bu müddət ərzində Ermənistanın sərhədlərində xidmət etdiklərinə görə Rusiya sərhədçilərinə minnətdarıq. Lakin hesab edirəm ki, yaxın illərdə sərhədlərimizin qorunmasına görə məsuliyyəti tam şəkildə öz üzərimizə götürməyimizin vaxtı çatıb”, – deyə Ermənistanın Baş naziri qeyd edib.
