—

Adam öldürməyə cəhd və polis əməkdaşını yaralamaqda təqsirli bilinən şəxsə həbs - qətimkan tədbiri seçilib

324
Adam öldürməyə cəhd və polis əməkdaşını yaralamaqda təqsirli bilinən şəxsə həbs - qətimkan tədbiri seçilib
Dinləmək üçün basın

Tbilisinin Aqmaşenebeli prospektində 23 yaşlı polis əməkdaşını və 38 yaşlı şəxsi bıçaqlamaq işi üzrə saxlanılan Nodar Vaşakidze barəsində həbs qətimkan tədbiri seçilib. InterPress.ge xəbər verir ki, bu barədə qərarı…

Tbilisinin Aqmaşenebeli prospektində 23 yaşlı polis əməkdaşını və 38 yaşlı şəxsi bıçaqlamaq işi üzrə saxlanılan Nodar Vaşakidze barəsində həbs qətimkan tədbiri seçilib.

InterPress.ge xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Tamar Mçedlişvili verib.

Bugünkü məhkəmə prosesində ittiham tərəfi saxlanılan şəxs barəsində ən sərt həbs-qətimkan tədbirinin tətbiqini, müdafiə tərəfi isə 10 min lari girov müqabilində Nodar Vaşakidzenin azadlığa buraxılmasını istəyib.
İclasda təqsirləndirilən şəxs də çıxış edib, o, adam öldürməyə cəhdi etiraf etməyib. Vaşakidzenin sözlərinə görə, o, “özünü müdafiə edib və polis yıxılan şəxsi görməyib”.
Məlumat üçün bildirək ki, Tbilisinin Ağmaşenebeli prospektində 39 yaşlı Nodar Vaşakidze 38 yaşlı Teymuraz Anjaparidzeyə soyuq silahla xəsarət yetirib. Vaşakidze hadisə yerində olan patrul polisinin əməkdaşına da bıçaqla xəsarət yetirib. Nodar Vaşakidzeafam öldürməyə cəhd və  xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına hücum etmək ittihamı ilə yerindəcə saxlanılıb. Yaralılara gəlincə, 23 yaşlı polis Gigi Otiaşvili və 38 yaşlı Teymuraz Ancaparidzeyə cərrahi müdaxilə lazım olub. Hazırda onların həyatı təhlükəsi yoxdur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirSon xəbərlərə bax →