InterPress.ge xəbər verir ki, həyata keçiriləcək addımlar arasında hüquqi şəxslərə seçki ianələrinin qadağan edilməsi, hər bir partiya üçün xərclərin yuxarı həddinin daha da azaldılması, siyasi partiyaların xərc hesabatlarının dərc edilməsi qeyd olunub.
“Bu tədbirlər həddindən artıq maraqlardan asılılığın və onun mənfi təsirinin daha da azaldılmasını təmin edəcək, rəqabəti gücləndirəcək, geniş iştirak üçün daha bərabər şərait yaradacaq və şəffaflığı artıracaq”, - sənəddə deyilir.
