Polis polkovniki Teymuraz Kupatadze Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin müavini vəzifəsinə təyin edilib.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Teymuraz Kupatadze bu təyinata qədər nazirliyin Tbilisi Polis Departamentinin direktor müavini vəzifəsində çalışıb.
Nazirliyin bildirdiyinə görə, onun Daxili İşlər Nazirliyində rəhbər vəzifələrdə uzunillik iş təcrübəsi var.
Teymuraz Kupatadze bu vəzifədə şəxsi ərizəsi əsasında tutduğu vəzifədən azad edilən Şalva Tadumazeni əvəz edib.

.jpg)