—

181 400 lari dəyərində mal-qaranı mənimsəməkdə ittiham olunan şəxs saxlanılıb

2
İnterpolun qırmızı bülleteni ilə axtarılan xarici ölkə vətəndaşı saxlanılıb
Dinləmək üçün basın

Rustavidə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə və özgəsinin əmlakını qanunsuz mənimsəməkdə ittiham olunan bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tsalka Rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxs çoban işləyib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023–2025-ci illərdə Qardabani və Zalka bələdiyyələrində yaşayan iki vətəndaşa məxsus 368 baş xırdabuynuzlu mal-qaranı qanunsuz olaraq mənimsəyib.

Bundan əlavə, o, daha bir vətəndaşa məxsus 29 baş iribuynuzlu mal-qaranı pulunu ödəyəcəyinə söz verərək aparıb, lakin vəd etdiyi məbləği ödəməyib.

Təqsirləndirilən şəxsin əməlləri nəticəsində vətəndaşlara ümumilikdə 181 400 lari məbləğində ziyan dəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu məhkəmənin qərarı əsasında saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci və 182-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir

Son xəbərlər

Tbilisidə narkotik cinayətlərinə görə 7 nəfər saxlanılıb – onların 4-ü xarici ölkə vətəndaşıdırGürcüstanın Baş nazirinin xüsusi nümayəndəsi: “Daha iki Gürcüstan şərab şirkətinə qarşı sanksiya tətbiq etməyi planlaşdırırlar”Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirSon xəbərlərə bax →