—

Gürcüstana elektriklə işləyən avtomobillərin idxalı artır

480
Gürcüstana elektriklə işləyən avtomobillərin idxalı artır
Dinləmək üçün basın

Gürcüstana elektriklə işləyən avtomobillərin idxalı artır.

Gürcüstana elektriklə işləyən avtomobillərin idxalı artır.

InterPress.ge Milli Statistika Xidmətinin məlumatına istinadən bildirir ki, bu ilin 9 ayında Gürcüstana 1 336 ədəd (37 353 milyon ABŞ dolları), ötən ilin eyni dövründə 913 ədəd (20 089 milyon ABŞ dolları), 2021-ci ilin yanvar-sentyabr aylarında - 251 ədəd (4,782 milyon ABŞ dolları) elektromobil idxal edilib.

Bununla belə, bu il idxal edilən elektrik avtomobillərinin 52,1%-i ABŞ-dan, 26%-i Çindən və 6,8%-i Yaponiyadan gəlir.

2023-cü ilin 9 ayında ölkəyə elektriklə işləyən avtomobillər ən çox bu ölkələrdən gəlib:

İlk 5 ölkə:

ABŞ - 697 ədəd (15,413 milyon ABŞ dolları)

Çin - 356 ədəd (11,107 milyon ABŞ dolları)

Yaponiya - 91 ədəd (629,2 min ABŞ dolları)

Almaniya - 87 ədəd (6,740 milyon ABŞ dolları)

Birləşmiş Ərəb Əmirlikləri - 40 ədəd (1,428 milyon dollar)

Qeyd edək ki, orta hesabla bir elektromobilin qiyməti 27-28 min dollar təşkil edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →