—

Gürcüstanda xarici ticarət dövriyyəsi 14 milyard dollara yüksəlib

625
Gürcüstanda xarici ticarət dövriyyəsi 14 milyard dollara yüksəlib
Dinləmək üçün basın

2023-cü ilin yanvar-avqust aylarında Gürcüstanda malların xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 14 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 16,8 faiz çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Hesabatlara görə, bunun 4,075 milyard ABŞ dolları ixrac (artım 14,3 faiz), 9,925 milyard ABŞ dolları  isə idxal (artım 17,8 faiz) olub.

“Sakstat”ın məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında mənfi ticarət saldosu 5 850,2 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 41,8 faizini təşkil edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →