—

Aksizsiz siqaretlərin saxlanması, daşınması və satışı ilə bağlı 19 fakt aşkar edilib

545
Aksizsiz siqaretlərin saxlanması, daşınması və satışı ilə bağlı 19 fakt aşkar edilib
Dinləmək üçün basın

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları cari ilin avqust ayında bütün Gürcüstan ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda aksiz…

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları cari ilin avqust ayında bütün Gürcüstan ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda aksiz markası olmayan malların saxlanması - daşınması - satışı ilə bağlı 19 fakt aşkar edilib, bu faktlara görə 12 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 3-ü saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Məlumata görə, istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərdən ümumi bazar dəyəri 47 000 laridən çox olan 9445 ədəd müxtəlif adda rüsumsuz siqaret götürülüb.

istintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 6 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsi ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

“Beşiktaş” klubu Batumidə azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsini pisləyibDaxili İşlər Nazirliyi Batumidə baş verən qarşıdurma ilə bağlı bəyanat yaydıGiorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırNikol Paşinyan: “Rusiya sərhədçiləri yaxın illərdə Ermənistanı tərk etməlidirlər”Şalva Papuaşvili: “Brüssel 2025-ci il oktyabrın 4-də Prezident sarayına hücumun ilhamvericisi, dəstəkçisi və himayədarı olduğunu təsdiqləyib”Son xəbərlərə bax →