—

Daxili İşlər Nazirliyi Batumidə baş verən qarşıdurma ilə bağlı bəyanat yaydı

13
Daxili İşlər Nazirliyi Batumidə baş verən qarşıdurma ilə bağlı bəyanat yaydı
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, “Beşiktaş” futbol klubunun azarkeşlərinin törətdiyi zorakılıq nəticəsində nazirliyin üç əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisələrlə əlaqədar 16 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, Batumidə, Avropa meydanından “Batumi Arena” istiqamətində keçirilən yürüş zamanı “Beşiktaş” futbol klubunun azarkeşlərinin bir qismi aqressiv davranışları ilə fərqlənib.

“Onlar nalayiq şüarlar səsləndirməklə və müxtəlif əşyalar atmaqla ictimai asayişi kobud şəkildə pozur, polisin qanuni tələblərinə tabe olmur, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərir və onlarla fiziki qarşıdurmaya girirdilər.

Azarkeşlərin bir qisminin zorakı və təxribatçı hərəkətləri stadionun ərazisində də davam edib. Onlar stadionun infrastrukturuna, o cümlədən oturacaqlara zərər vurur, daha sonra həmin oturacaqları hüquq-mühafizə orqanlarının əməkdaşlarına ataraq onların həyat və sağlamlığı üçün təhlükə yaradırdılar.

Polis zorakı hərəkətlərin qarşısının alınması, vəziyyətin gərginliyinin azaldılması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Bu tədbirlər çərçivəsində xüsusi vasitədən də istifadə olunub.

Azarkeşlərin törətdiyi zorakılıq nəticəsində Daxili İşlər Nazirliyinin üç əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunazidd hərəkətlərə görə 16 nəfəri saxlayıblar”, – deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Avropa Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” futbol klubları arasında qarşılaşma İstanbul əvəzinə Batumidə keçirilib. UEFA-nın bəyanatında bildirilirdi ki, təhlükəsizlik səbəbindən görüşün İstanbulda keçirilməsi mümkün olmayacaqdı.

Xəbəri qiymətləndir

Son xəbərlər

Türkiyə Prezident Administrasiyasının rəsmisi: Batumidə azarkeşlərimizə qarşı polisin qeyri-mütənasib müdaxiləsini qətiyyətlə pisləyirəm“Beşiktaş” klubu Batumidə azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsini pisləyibGiorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırNikol Paşinyan: “Rusiya sərhədçiləri yaxın illərdə Ermənistanı tərk etməlidirlər”Şalva Papuaşvili: “Brüssel 2025-ci il oktyabrın 4-də Prezident sarayına hücumun ilhamvericisi, dəstəkçisi və himayədarı olduğunu təsdiqləyib”Son xəbərlərə bax →