—

Almaniya Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib

375
Almaniya Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib
Dinləmək üçün basın

Almaniya Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına daxil edib.

Almaniya Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına daxil edib.

InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Almaniyanın koalisiya hökuməti daxili işlər naziri Nensi Pfizerin təklif etdiyi qanun layihəsini təsdiqləyib və Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına əlavə edib.

Sözügedən qərar nəticəsində Gürcüstan və Moldovadan olan sığınacaq axtaran şəxslərin Almaniyaya müraciətlərinə daha tez baxılacaq və rədd cavabı alanların deportasiyası daha sürətlə həyata keçiriləcək.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə və 2023-cü ilin birinci yarısında adıçəkilən ölkələrdən sığınacaq istəyənlərin müraciətlərinin 99,9 faizi rədd edilib. Ümumilikdə 2022-ci ildə 8865 Gürcüstan və 5218 Moldova vətəndaşı Almaniyadan sığınacaq istəyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Giorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırNikol Paşinyan: “Rusiya sərhədçiləri yaxın illərdə Ermənistanı tərk etməlidirlər”Şalva Papuaşvili: “Brüssel 2025-ci il oktyabrın 4-də Prezident sarayına hücumun ilhamvericisi, dəstəkçisi və himayədarı olduğunu təsdiqləyib”Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni qəbul etdiİrakli Kobaxidze: “Dərin dövlətin” çox böyük təsirləri var – orta səviyyəli məmurların ələ alınması tamamilə realdır”Son xəbərlərə bax →