—

Səhiyyə Nazirliyi: "Gürcüstanda koronavirusun yeni ştammının heç bir halı təsdiqlənməyib"

701
Səhiyyə Nazirliyi: "Gürcüstanda koronavirusun yeni ştammının heç bir halı təsdiqlənməyib"
Dinləmək üçün basın

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi Gürcüstanda EG.5 yeni növ koronavirusun heç bir faktını təsdiqləməyib.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi Gürcüstanda EG.5 yeni növ koronavirusun heç bir faktını təsdiqləməyib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirliyi məlumat yayıb.

“Yalnız Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi virusun yeni variantlarını təsdiqləmək imkanına malikdir və onlar yeni ştamın təsdiqlənməsi barədə məlumat yaymayıblar.

Mərkəz ölkədə dolaşan Covid-19 variantlarının, eləcə də digər virusların yayılmasını fəal şəkildə izləməyə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirusun EG.5 ştammı hazırda yayılmış “Omicron” ştamından fərqli simptomlara və ya ağır xəstəliyin inkişafına səbəb olmur.

Beləliklə, o, standart protokollarla idarə olunur”, - deyə qurumun yaydığı məlumatda qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Gürcüstanda qanunsuz yaşayan 59 xarici ölkə vətəndaşı saxlanılıbTürkiyə mediası: Tamazaşvili Türkiyənin daxili işlər nazirinə azarkeşlərdən Fələstin bayraqlarının UEFA nümayəndələri tərəfindən götürüldüyünü bildiribTürkiyə Prezident Administrasiyasının rəsmisi: Batumidə azarkeşlərimizə qarşı polisin qeyri-mütənasib müdaxiləsini qətiyyətlə pisləyirəm“Beşiktaş” klubu Batumidə azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsini pisləyibDaxili İşlər Nazirliyi Batumidə baş verən qarşıdurma ilə bağlı bəyanat yaydıSon xəbərlərə bax →