—

Gürcüstanda qanunsuz yaşayan 59 xarici ölkə vətəndaşı saxlanılıb

8
Gürcüstanda 46 qeyri-qanuni miqrant saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri keçirib. Nəticədə Gürcüstanda qanunsuz yaşayan 59 xarici ölkə vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, saxlanılanlar arasında Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Azərbaycan, Çin və Türkiyə vətəndaşları var.

Xüsusi miqrasiya nəzarəti çərçivəsində Miqrasiya Departamentinin əməkdaşları müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparıblar.

Yoxlamalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunla müəyyən edilmiş tələbləri pozaraq olublar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzindədirlər. Onların Gürcüstandan deportasiya edilməsi məqsədilə müvafiq prosedurlar həyata keçirilir.

Xəbəri qiymətləndir

Son xəbərlər

Türkiyə mediası: Tamazaşvili Türkiyənin daxili işlər nazirinə azarkeşlərdən Fələstin bayraqlarının UEFA nümayəndələri tərəfindən götürüldüyünü bildiribTürkiyə Prezident Administrasiyasının rəsmisi: Batumidə azarkeşlərimizə qarşı polisin qeyri-mütənasib müdaxiləsini qətiyyətlə pisləyirəm“Beşiktaş” klubu Batumidə azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsini pisləyibDaxili İşlər Nazirliyi Batumidə baş verən qarşıdurma ilə bağlı bəyanat yaydıGiorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırSon xəbərlərə bax →