—

Fəlakət bölgəsindəki son vəziyyət açıqlandı

567
Fəlakət bölgəsindəki son vəziyyət açıqlandı
Dinləmək üçün basın

Şovidə təbii fəlakət bölgəsində axtarış tədbirləri davam etdirilir. Son 24 saat ərzində 3 cəsədin şəxsiyyəti müəyyən edilib. Laqvanti kəndinin sakinləri Nika Çaladze, Temur Çarkviani və Dito Firtsxalava tikinti işlərinə…

Şovidə təbii fəlakət bölgəsində axtarış tədbirləri davam etdirilir. Son 24 saat ərzində 3 cəsədin şəxsiyyəti müəyyən edilib. Laqvanti kəndinin sakinləri Nika Çaladze, Temur Çarkviani və Dito Firtsxalava tikinti işlərinə başlamaq üçün Şoviyə gələrkən torpaq sürüşməsinin altında qalıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Raça qubernatoru Papuna Marqvelidze bildirib.

“İtkin düşən 33 vətəndaşdan indiyədək 26-nın cəsədi tapılıb, itkin düşən 7 vətəndaşın axtarışları davam edir. Ölənlərin şəxsiyyəti artıq müəyyən edilib. Əlbəttə ki, əməliyyat-axtarış tədbirləri Gürcüstanın baş nazirinin tapşırığına əsasən, vətəndaşların tapılması üçün cüzi nəzəri imkan yaranana qədər davam etdiriləcək”, - deyə Marqvelidze qeyd edib.

Xatırladaq ki, avqustun 3-də Raçada sürüşmə baş verib. Təsdiqlənmiş məlumatlara görə, Şovi qəzasında 26 nəfər ölüb, onlardan 23-nün şəxsiyyəti müəyyən edilib. Ən azı 7 nəfər axtarılır. İtkin düşənlər və ölənlər arasında uşaqlar da var. Təbii fəlakət zonasından ümumilikdə 210 nəfər təxliyə edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə istintaq başlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Gürcüstanda qanunsuz yaşayan 59 xarici ölkə vətəndaşı saxlanılıbTürkiyə mediası: Tamazaşvili Türkiyənin daxili işlər nazirinə azarkeşlərdən Fələstin bayraqlarının UEFA nümayəndələri tərəfindən götürüldüyünü bildiribTürkiyə Prezident Administrasiyasının rəsmisi: Batumidə azarkeşlərimizə qarşı polisin qeyri-mütənasib müdaxiləsini qətiyyətlə pisləyirəm“Beşiktaş” klubu Batumidə azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsini pisləyibDaxili İşlər Nazirliyi Batumidə baş verən qarşıdurma ilə bağlı bəyanat yaydıSon xəbərlərə bax →