"2012-ci ilə qədər, 8 avqust müharibənin başlanması günü kimi qeyd olunurdu".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili məlumat verib.
Ğaribaşvilidən soruşublar ki, niyə 2008-ci ilin avqustunda müharibənin başlama tarixi mübahisəlidir.
“O vaxtkı prezidentin sərəncamını oxuya bilərsiniz, orada 8 avqust birbaşa yazılıb. 2012-ci ilə qədər, 8 avqust müharibənin başlanması günü kimi qeyd olunurdu. Onda siz də bunu cəmiyyətə xatırlatmalısınız”, - deyə İrakli Ğaribaşvili bildirib.
.jpg)