—

ABŞ İnstitutu: Kreml Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır

345
ABŞ İnstitutu: Kreml Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır
Dinləmək üçün basın

Kreml tədricən “Vaqner” muzdlu hərbi təşkilatını gözdən salmağa çalışacaq.

Kreml tədricən “Vaqner” muzdlu hərbi təşkilatını gözdən salmağa çalışacaq.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Ukrayna kəşfiyyatı ilə əlaqələrinə dair iddialar Kremlin diqqətindədir:

“Kreml çox güman ki, Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır. Amma Kreml asanlıq Priqojini “Vaqner”in faktiki rəhbəri vəzifəsindən uzaqlaşdıra və onu başqası ilə əvəz edə bilməz. Çünki “Vaqner” müstəqil şirkətdir. O, Rusiya hökumətində heç bir rəsmi vəzifə tutmur”.

Qeyd edək ki, daha əvvəl Priqojin Rusiya Müdafiə Nazirliyini sərt tənqid etmişdi. O bildirmişdi ki, lazımi qədər silah-surat təmin edilməsə, “Vaqner” Ukraynanın işğal altındakı Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →