Avropa komissarı Oliver Varhey Gürcüstan və Avropa İttifaqı ilə bağlı yazı dərc edib.
InterPress.ge xəbər verir ki, o, bu barədə “Twitter”də yazıb.
“Gürcüstanın xarici işlər naziri ilə Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında islahatlar prosesinin gedişatını, xüsusilə 12 prioritetin həyata keçirilməsini müzakirə etmək üçün görüşdüm. Avropa İttifaqı Gürcüstanın çətinliklərlə dolu regional təhlükəsizlik vəziyyətində dayanıqlılıq səylərini tam dəstəkləyir”, - o yazıb.
