“Biz Gürcüstanın Avropa İttifaqına qoşulmasının tərəfdarıyıq”.
InterPress.ge xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.
“Mən iki gün əvvəl Romada Gürcüstanın xarici işlər naziri ilə görüşdüm. Gürcüstan üçün sabitlik çox vacibdir. Biz Gürcüstanın Avropa İttifaqına daxil olmasının tərəfdarıyıq”, - deyə Tajani bildirib.
Bu gün Lüksemburqdakı Avropa Konfrans Mərkəzində Avropa İttifaqının diplomatik korpusunun iclası keçirilir.
.png)